
1-ci Liqanın 13-cü turunda Binə qəsəbə stadionunda ən yaxın təqibçisi "Baku Sportinq"lə üz-üzə gələn "Şəfa" 1:1 hesablı heç-heçə sayəsində aradakı 5 xallıq fərqi qorudu. 31 xalla lider mövqeyində qərarlaşan komandanın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb oyun barədə fikirlərini bölüşməsini istədik.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"İki fərqli hissə izlədik. İlk hissə tam bizim üstünlüyümüzlə keçdi, lakin qol fürsətlərindən yararlana bilmədik. Hətta hesabı açandan sonra da epizodları lazımınca dəyərləndirmədik. Ümumi baxsaq, ikinci yarıda öndə cox top itkilərinə yol verdik deyə rəqib əks-hücumlarda daha təhlukəli olmağa basladı. Çalısıb səhvləri minimuma endirməliyik ki, belə hallar yaşanmasın. Oyunun sonlarında məğlub da ola bilərdik. Matçın heç-heçə bitməsi turnir cədvəli baxımından bizim xeyrimizə olsa da, qalib gələrək xal fərqini artırmağı planlaşdırırdıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, liderliyimizi qoruyaq".
Nihat