18:21 22.02.2026 694

"Bu gün iki xal itirdik" - Jorje Kaşkilya

Bu gün Misli Premyer Liqasında XXI tura yekun vurulur.

Fanat.Az xəbər verir ki, "İmişli" ev oyununda "Şamaxı"nı qəbul edib. Görüşdə hesab açılmayıb.

Matçdan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Jorje Kaşkilya fikirlərini jurnalistlərlə bölüşüb:

"Oyun gözlədiyimiz kimi çətin və gərgin keçdi. Bildiyiniz kimi, "Şamaxı" FK daha çox fiziki futbola üstünlük verir, uzun ötürmələrlə oynayır və tez-tez qayda pozuntuları etməklə oyunun tempini aşağı salmağa çalışır. Bu baxımdan qarşılaşma taktiki mübarizə şəraitində keçdi.

Bugünkü oyunda qalib gəlməli olan tərəfin “İmişli" PFK olduğunu düşünürəm. Təəssüf ki, istəyimizə tam nail ola bilmədik və xal itkisi yaşadıq. Formal olaraq bir xal qazansaq da, oyunun axarını və yaratdığımız epizodları nəzərə alsaq, demək olar ki, iki xal itirdik. İki dəfə topun dirəyə dəyməsi və bir neçə real qol imkanından yararlana bilməməyimiz nəticəyə birbaşa təsir etdi. Komanda sona qədər mübarizə apardı, son dəqiqələrdə də qol vurmaq üçün çalışdıq, lakin istədiyimiz alınmadı.

Sonda azarkeşlərimizə xüsusi təşəkkürümüzü bildiririk.

Uzun yol qət edərək komandaya dəstək oldular. Bu gün onlara qələbə sevinci yaşatmaq istəyirdik, amma alınmadı. Buna baxmayaraq, dəstəklərini əsirgəmədilər və bu, bizim üçün çox dəyərlidir. Onların inamı və dəstəyi növbəti oyunlarda daha da güclü çıxış etməyimiz üçün əlavə motivasiyadır".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 Avqust 2026
00:52

İmad Farajın Tunis nəhənginə transferinin əsas memarı kimdir?

17 Avqust 2026
23:38

Azər Bağırov "Qarabağ"a məğlubiyyəti belə şərh etdi

23:11

"Çempionatın hər matçına ciddi yanaşmalıyıq" -Qurban Qurbanov

22:56

Pedro Netu üçün 100 milyon avro

22:20

Brunu Fernandes "Qalatasaray"a keçir?

21:51

Reşford Kataloniyaya qayıdır?

21:24

MPL: "Qarabağ" mövsümə qələbə ilə başladı

20:42

İlin transfer bombalarından biri

20:12

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:32

"Çelsi" onun üçün 120 milyon tələb edir

19:12

Kanselu yenidən "Barselona"da - SON DURUM

18:43

MOİK hazırlığın 2-ci mərhələsinə başladı - Növbəti rəqib bəlli oldu

18:20

"Tvente" güclüdür, amma "Qarabağ" da "Qarabağ"dır" - Nadirov Enshede komandasına vurduğu qolu xatırladı

17:38

Milli komandanın yeni baş məşqçisi müəyyənləşdi

17:20

"Turan Tovuz"un braziliyalısının durumuna aydınlıq gəldi

17:01

Buskets yenidən "Barselona"ya qayıtdı

16:54

Millət vəkili "Sabahın Ulduzları"ndan danışdı - VİDEO

16:43

Qurbanov nə Cəfərquliyevi "Tvente"yə qarşı oynada biləcək, nə də bu legionerləri

16:25

Səbuhi Abdullazadə əməliyyat olundu - "Sumqayıt"ın futbolçusu üçün il erkən bitdi

16:07

"Qarabağ" azarkeşlərinə Niderlandda 1500 yer ayrıldı

15:48

"Difai"nin növbəti mövsüm üçün hədəfi bilindi

15:30

Süleyman Əhmədov yekun qərarını verdi

15:12

"Qarabağ"ın Niderlanda səfər planı bilindi

14:54

"İmişli" onunla yollarını ayırdı

14:36

U-15 (Qızlar) UEFA İnkişaf Turnirindəki son oyununda da uduzdu

14:18

Adil Mahmudov milliyə namizəd oldu, ancaq... - AÇIQLAMA

13:59

"Start heyətində çıxış etməyim baş məşqçinin qərarıdır" - Aydın Bayramov

13:40

"Yuventus" Kolumbiya millisinin üzvü ilə gücləndi

13:22

Premyer Liqanın ilk turu legioner baş məşqçinin debütü ilə əlamətdar oldu

13:06

Ruan Renato "Zirə"də 100-cü matçına çıxdı

12:53

"Sumqayıt" öz meydanında 100-cü məğlubiyyətini aldı

12:35

"Hər matç bizim üçün final kimidir" - Bafode Dansoko

12:17

"Neftçi" uğursuz start seriyasına son qoydu

11:59

Anje Mutsinzi: "Üçüncü və dördüncü pillə bizim hədəfimizdir"

11:40

Cəfərquliyev Zubirlə bağlı paylaşım etdi - FOTO

11:26

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:07

Tovuz və Gəncə akademiyalarında təlimlər keçirilib - FOTO

10:51

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:30

Ceymi Vardi Braziliya yolunda - SON DURUM

10:09

"Sabahın Ulduzları": U-14 yaş qrupunda 4-cü tura yekun vuruldu - Fotolar/Nəticələr

Facebookdan bizi izləməyi unutmayın.
X