
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mərkəz müdafiəçisi Sami Mmaeni əvəzedici heyətə göndərilib.
Fanat.Az xəbər verir ki, bunu 53 yaşlı çalışdırıcı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib:
"Mmae idman intizamını pozduğu üçün əvəzedici heyətə göndərilib. Bəzən belə addım atmaq lazımdır. Amma bunu qaydalar çərçivəsində həyata keçirmək lazımdır".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" oyunu fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq. Bakıdakı ilk matç "sağsağanlar"ın 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.