
Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edən "Karvan-Yevkax"ın baş məşqçisi Füzuli Məmmədov oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 7 xalka sonuncu - 12-ci pillədə qərarlaşan Yevlax təmsilçisinin çalışdırıcısı belə danışıb:
"Çox çətin oyun oldu. Qalib gəlmək istəyirdik, amma 1 xal da bizim üçün önəmlidir. Qalib gələ də bilərdik, uduza da. Sonuncu yerdə olmağımızın səbəbi nəticələrimizdir. Bəzən yaxşı oynadığımız oyunlarda da xal qazana bilməmişik. Bunun üzərində işləməyə davam edirik. Əlbəttə, çətin olacaq. Amma qarşıda çox sayda matç var".
Nihat