"İki xal itirdik" - Kaxaber Tsxadadze

"İki xal itirdik" - Kaxaber Tsxadadze

Misli Premyer Liqasının 22-ci turunda evdə "Karvan-Yevlax" ilə 1:1 hesablı heç-heçə edən "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, gürcü mütəxəssis belə danışıb: 

"İki xal itirdik. Çox sayda epizodu dəyərləndirə bilmədik. Matça yaxşı başlamadıq. Sonradan toparlanaraq oyuna nəzarəti ələ keçirdik. Adi epizodda qol buraxırıq, sonra vəziyyəti düzəltməyə çalışırıq. Yaxşı oynadıq, lakin realizasiya arzulanan səviyyədə olmadı. Həm də rəqib qapıçının performansını vurğulamalıyam. Bilmirəm necə ifadə edim. O, bir ilə bəs edəcək qədər seyvlə yadda qaldı". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər