
1-ci Liqanın 17-ci turunda lider "Şəfa" son 4 oyunda qələbə qazanan "Şahdağ Qusar"ı qəbul edəcək. Bakı təmsilçisi Binə qəsəbə stadionunda baş tutacaq qarşılaşmaya tam heyətlə çıxa bilməyəcək.
Klubdan Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Elgiz Kərəmli iki əsas heyət üzüvünün xidmətindən məhrumdur.
Mərkəz müdafiəçisi Nihat Quliyev ötən tur 4-cü sarı vərəqəni alaraq cəzalı duruma düşübsə, yarımmüdafiəçi Urfan Abbasov zədəlidir.
Qeyd edək ki, "Şəfa" - "Şahdağ Qusar" matçı martın 5-də keçiriləcək. Görüşün start fiti 15:00-da səsləndiriləcək.
Toğrul