
Misli Premyer Liqasının (MPL) 28-ci turunda lider "Sabah"ı qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bu qarşılaşmada baş məşqçi Qurban Qurbanovun iki futbolçunu oynatmayacağı dəqiqdir.
Mərkəz müdafiəçisi Bəhlul Mustafazadə zədəli olduğu üçün meydana çıxamayacaqsa, cinah müdafiəçisi Abbas Hüseynov daxili intizam qaydalarını pozduğuna görə qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.
"Qarabağ" - "Sabah" qarşılaşması sabah keçiriləcək. Tofir Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. Hazırda MPL-in turnir cədvəlində 1-ci pillədə mövqe tutan "bayquşlar"ın 66, "köhlənlər"in isə 56 xalı var. "Qarabağ" rəqibindən 1 oyun az keçirib.
Toğrul