19:13 20.04.2026 514

“Neftçi” PFK-nın bəyanatı

"Neftçi" klubu son turda baş verən hakim ədalətsizliyinə qarşı rəsmi şəkildə kəskin etirazını bildirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi yayımladığı bəyanatda İnqilab Məmmədovun idarəçiliyini və nəticəyə birbaşa təsir edən qərarlarını kəskin tənqid edib. Həmin bəyanatı təqdim edirik:

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilmiş “Zirə” – “Neftçi” qarşılaşmasının bütün gedişatı boyunca və eyni zamanda son dəqiqələrində “Neftçi” yenə hakim səhvləri ilə üzləşdi.

90+4-cü dəqiqədə “Zirə”nin qolu qaydaların kobud şəkildə pozulması ilə vuruldu, rəqib komandanın futbolçusu Ruan Renatonun oyundan kənar vəziyyətdə olmasına və “Neftçi”nin qapıçısı Kenan Piriçin görmə bucağını kəsməsinə baxmayaraq, qol baş hakim İnqilab Məmmədov tərəfindən qeydə alındı, VAR-da əyləşən Nicat İsmayıllı isə bu epizoda müdaxilə etmədi.

Bu səhv mövsümün həlledici mərhələsində “Neftçi”nin növbəti ədalətsiz xal itkisinə gətirib çıxarmaqla yanaşı, qoldan sonra hər iki komandanın futbolçuları arasında yaranmış mübahisələr və VAR-ın səssiz qalması səbəbi ilə meydanda baş verən hadisələr nəticəsində baş məşqçi Yuri Vernidub, baş məşqçinin köməkçisi Dmitro Kara-Mustafa və futbolçu Breno Almeydaya əsassız qırmızı vərəqələr göstərildi.

20.04.2026 tarixində AFFA-nın inzibati binasında “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, “Neftçi” PFK-nın Baş İcraçı Direktoru və klubun digər nümayəndələri AFFA rəsmiləri və Hakimlər Komitəsinin sədri ilə görüşüb. Görüşdə klubumuz sözügedən oyunda qapımıza vurulan qola etiraz edib, eyni zamanda məşqçilərimiz və futbolçumuza göstərilən əsassız qırmızı vərəqələrin ləğv olunmasını tələb edib. Həmçinin mövsüm ərzində bir neçə dəfə təkrarlanan kobud hakim səhvlərini sərt şəkildə qınayıb, bir çox hakimlərin “Neftçi”yə qarşı ədalətsiz və qərəzli mövqe sərgilədiyini bildirib.

Klub nümayəndələri “Zirə” – “Neftçi” oyununda verilmiş yanlış qərarlara etirazını bildirib, həmin qərarların əsaslandırılmasını tələb edib, Hakimlər Komitəsinin sədri tərəfindən verilmiş cavablar klub rəsmilərini qismən qane edib.

Hakimlər Komitəsinin 20.04.2026 tarixli qərarı ilə “Zirə” – “Neftçi” oyununun hakimlərinin açıq-aşkar kobud səhvə yol verdiyinin etiraf olunmasını təqdirəlayiq hesab edirik. Bununla belə, təəssüf hissi ilə bildiririk ki, itirilən xallar geri qayıtmayacaq və bu hal mövsümdə artıq birinci dəfə baş vermir.

Bir daha bu mövsüm “Neftçi”nin oyunlarında dəfələrlə təkrarlanan kobud səhvləri bəzi hakimlərin komandamıza qarşı ədalətsiz və qərəzli münasibəti ilə əlaqələndirir, günahkarların ən sərt formada cəzalandırılmasını, bu kimi halların dayandırılmasını və gələcəkdə baş verməməsi üçün müvafiq tədbirlərə əl atılmasını AFFA Hakimlər Komitəsindən tələb edirik.

“Neftçi” PFK olaraq aşağıdakıları bəyan edirik:

1. “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik;

2. Bu kampaniyanı aparanlara öz məqsədlərinə nail olmayacağını bildirir və ölkənin ən qədim-köklü futbol klubu olan “Neftçi” olaraq sona qədər mübarizə aparacağıq;

3. Qarşımızda kimin olub-olmamasına baxmayaraq, böyük “Neftçi” camiəsinin -  azarkeşlərin arxamızda olması yetərlidir;

4. Bütün çətinliklərə rəğmən, “Neftçi” Azərbaycan futbolunun flaqmanı olub, var və bundan sonra da olacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

18 Avqust 2026
12:45

"İlk turda aşkar autsayder görünmədi" - Vaqif Sadıqov

12:26

"Napoli" "Çelsi"nin müdafiəçisi ilə gücləndi

12:07

"Qalatasaray" istədi, ancaq "Roma" aldı

11:48

Açılış turunda kim daha "səxavət"li oldu? - Hakimliyin mənzərəsi

11:30

"Ayaks" "Barselona"nın müdafiəçisini rənglərinə bağladı - RƏSMİ

11:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:51

"Sabah" "Orhus"la görüşün ikinci yarısında necə performans göstərmişdisə..." - Arif Əsədov

10:30

Mişi Batşuayi karyerasını burada davam etdirəcək

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 5-ci tura start verildi, bir oyun yarımçıq qaldı

09:25

"Beşiktaş" belçikalı vingeri rənglərinə bağlamaq üzrədir

09:00

ÇL: "Fənərbağça" Fransa nəhəngi ilə qarşılaşır, "Sabah" gözləyir

01:22

La Liqa: "Deportivo" "Elçe" ilə sülhə razılaşdı

01:14

Super Liqa: Tura 6 qolluq oyunla yekun vuruldu

00:52

İmad Farajın Tunis nəhənginə transferinin əsas memarı kimdir?

17 Avqust 2026
23:38

Azər Bağırov "Qarabağ"a məğlubiyyəti belə şərh etdi

23:11

"Çempionatın hər matçına ciddi yanaşmalıyıq" - Qurban Qurbanov

22:56

Pedro Netu üçün 100 milyon avro

22:20

Brunu Fernandes "Qalatasaray"a keçir?

21:51

Reşford Kataloniyaya qayıdır?

21:24

MPL: "Qarabağ" mövsümə qələbə ilə başladı

20:42

İlin transfer bombalarından biri

20:12

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:32

"Çelsi" onun üçün 120 milyon tələb edir

19:12

Kanselu yenidən "Barselona"da - SON DURUM

18:43

MOİK hazırlığın 2-ci mərhələsinə başladı - Növbəti rəqib bəlli oldu

18:20

"Tvente" güclüdür, amma "Qarabağ" da "Qarabağ"dır" - Nadirov Enshede komandasına vurduğu qolu xatırladı

17:38

Milli komandanın yeni baş məşqçisi müəyyənləşdi

17:20

"Turan Tovuz"un braziliyalısının durumuna aydınlıq gəldi

17:01

Buskets yenidən "Barselona"ya qayıtdı

16:54

Millət vəkili "Sabahın Ulduzları"ndan danışdı - VİDEO

16:43

Qurbanov nə Cəfərquliyevi "Tvente"yə qarşı oynada biləcək, nə də bu legionerləri

16:25

Səbuhi Abdullazadə əməliyyat olundu - "Sumqayıt"ın futbolçusu üçün il erkən bitdi

16:07

"Qarabağ" azarkeşlərinə Niderlandda 1500 yer ayrıldı

15:48

"Difai"nin növbəti mövsüm üçün hədəfi bilindi

15:30

Süleyman Əhmədov yekun qərarını verdi

15:12

"Qarabağ"ın Niderlanda səfər planı bilindi

14:54

"İmişli" onunla yollarını ayırdı

14:36

U-15 (Qızlar) UEFA İnkişaf Turnirindəki son oyununda da uduzdu

14:18

Adil Mahmudov milliyə namizəd oldu, ancaq... - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X