
Azərbaycan I Liqasında sonuncu - 27-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, iki günə sığacaq turun açılış günündə 2 oyun keçirilib.
MOİK Binədə "Difai"ni 4 qolla üstələyib, "Cəbrayıl" isə Şamaxıda "Şimal"a məğlub olub.
"Cəbrayıl"a 3:2 hesabı ilə qalib gələn "Şimal" xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.
Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.
Xaçmaz təmsilçisi cari mövsüm II Liqanı ikinci sırada başa vuran "Qaradağ Lökbatan"la pley-off görüşündə qarşılaşacaq.
Bir matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada çıxış etmək hüququ qazanacaq.
MOİK-lə qarşılaşan "Difai" kollektivi isə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin sonuncu - 10-cu pilləsinə enib və I Liqanı tərk edib.
Azərbaycan I Liqası
27-ci tur
21 may
MOİK – “Difai” 4:0
Qol: M.Baxşalı, 2. S.Yadom, 24. S.Fərəcov, 79. B.Soltanov, 89.
Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 17:00.
“Cəbrayıl” – “Şimal” 2:3
Qollar: D.Açimi, 29, 54. - N.Osmanov, 55. N.Şixamirov, 64, 77.
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu, 17:00.