
"Qarabağ"da daxili intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərilən Elvin Cəfərquliyev sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Fanat.Az xəbər verir ki, klubundakı cəzasına baxmayaraq Azərbaycan milli komandasının düşərgəsində yer alan müdafiəçi məşq prosesindən foto yayımlayıb.
İstedadlı futbolçu rəsmi "Instagram" hesabındakı paylaşıma ingiliscə "I am here" (Burdayam) sözlərini qeyd edərək özünəməxsus mesaj verib.
Bu paylaşım qısa müddətdə azarkeşlər və idman mətbuatı tərəfindən böyük maraqla qarşılanıb.