
"Qarabağ"ın və milli komandamızın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə mövsümün yorğunluğunu atmaq üçün fərqli bir ünvan seçərək Çinə yollanıb.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu uzaq şərq ölkəsində keçirdiyi tətilindən rəsmi sosial media hesabında diqqətçəkən fotolar yayımlayıb.
Asiya mədəniyyəti ilə yaxından tanış olan müdafiəçinin çəkilişləri qısa müddətdə izləyicilərin böyük marağına səbəb olub.
Çinin tarixi məkanlarından paylaşım edən oyunçunun bu addımı idman mətbuatı və azarkeşlər tərəfindən maraqla qarşılanıb.