
Geridə qalan mövsümü 1-ci Liqanın çempionu "Şəfa"da keçirən cinah hücumçusu Ramin Nəsirlinin yeni "futbol ili"nə harada başlayacağı bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 23 yaşlı oyunçunun Misli Premyer Liqasında oynamaq hüququ qazanan Bakı klubunda qalmaq ehtimalı olduqca yüksəkdir.
"Şəfa"nı çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmlinin yerinə gətirilən Zaur Həşimov Nəsirlinin özünü elitada göstərə biləcəyinə inanır və ona şans vermək variantını uyğun sayır.
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Nəsirli 2022-ci ilin fevralında "ağ-qaralar"ın əsas komandasının sıralarında Azərbaycan Premyer Liqasında debüt edib. 2023-cü ildə icarə əsasında "Dauqavpils"də (Latviya) də oynayan futbolçu daha sonra "Araz-Naxçıvan"a keçib. Sonradan zədələnən U-21 millisinin sabiq üzvü təxminən 1 il futboldan kənarda qalıb və ötən ilin sentyabrında "Şəfa"ya qoşulub.
Toğrul