
"Neftçi"nin yeni transferi Qustavo Klismanı təqdim etdiyi rəsmi paylaşım sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
Fanat.Az xəbər verir ki, "Qalatasaray"ın ulduz futbolçusu Renato Nhaqa paytaxt klubunun bu rəsmi keçid postunu bəyənib.
İstanbul nəhənginin gənc istedadının bu diqqətçəkən reaksiyası idman mediasında və azarkeşlər arasında transfer şayiələrini alovlandırıb.
"Ağ-qaralar"ın növbəti hədəfinin kim olacağı artıq böyük maraq doğurur.