
DÇ-2026-nın 3-cü turun 12 oyununu yayımlayacaq "CBC Sport" telekanalı yenilik edib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu oyunların şərhinə kanalın xanım əməkdaşları da cəlb edilib.
Belə ki, Səmra Əliyeva və Aida Əliyeva da DÇ oyunlarını şərh edəcəklər. Xəbəri CBC Sportun şərhçilər və verilişlər xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. Lakin onların hansı oyunda iş başında olacaqları açıqlanmır.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul