
Məşqçi İlham Yadullayevin aqibətinin necə olacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, geridə qalan mövsümdə MOİK-i hədəflərinə çatdıra bilməyən mütəxəssis postunda qalacaq.
"Şəfa"dan ayrılan Elgiz Kərəmli ilə anlaşacağı gözlənilən rəhbərlik yekunda Yadullsyevlə yola davam etmək variantını seçib.
"Hərbçilər"in yeni mövsümdə hansı məqsəd uğrunda mübarizə aparacağına gəlincə, büdcə azaldılmayacaq, komanda çempionluq hədəfinə doğru can atacaq.
Toğrul