
"Qarabağ"ın və Azərbaycan millisinin cinah müdafiəçisi Elvin Cəfərquliyev sosial şəbəkə hesabında diqqətçəkən foto paylaşıb.
Fanat.Az xəbər verir ki, hazırda Ağdam təmsilçisinin heyətində Avstriyanın Zaltsburq şəhərində təlim-məşq toplanışında olan istedadlı futbolçu asudə vaxtında çəkilmiş şəklini izləyiciləri ilə bölüşüb.
Onun paylaşımda İngiltərə Premyer Liqası təmsilçisi "Nyukasl Yunayted"in rəsmi formasını geyinməsi azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Avstriya hazırlıqları zamanı paylaşılan foto qısa müddət ərzində idman mediasının və futbolsevərlərin ən çox danışdığı mövzulardan birinə çevrilib