
Ötən mövsümü "Şəfa"da keçirən Emin Zamanovun yeni mövsümə harada başlayacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, çempionluğu sona bir tur qalmış rəsmiləşdirən və Premyer Liqaya vəsiqə qazanan Bakı təmsilçisinin müqavilə yeniləmədiyi yarımmüdafiəçi 1-ci Liqa klubu ilə anlaşıb.
Hücumameyilli orta xətt oyunçusu MOİK ilə anlaşıb.
Xatırladaq ki, "hərbçilər" son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Qarşısına çempionluq məqsədi qoyan komandanı hədəflərinə çatdıra bilməyən baş məşqçi İlham Yadullayevin postundan göndəriləcəyi gözlənilsə də, rəhbərlik onunla əməkdaşlığı davam etdirməyi uyğun sayıb.
Toğrul