
Ötən mövsüm 1-ci Liqada çempionluq hədəfinə çatmayan "Səbail" yeni rəhbərliklə finişə hamıdan öndə çatmaq iddiasındadır. Sözügedən kollektiv büdcə baxımından bütün digər rəqiblərini aşkar şəkildə qabaqlayır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu kluba 2 milyon manata yaxın büdcə ayrılıb.
Mövsüm ərzində texniki heyətə ümumilikdə 1 milyon manatdan artıq maaş ödənilməsi nəzərdə tutulub ki, bu da aşağı liqa üçün yetərincə ciddi məbləğdir.
Xatırladaq ki, "Səbail" ötən mövsümü 50 xalla 3-cü pillədə başa vurub.
Toğrul