
1-ci Liqa təmsilçisi MOİK-in yeni mövsüm üçün büdcəsi təsdiqlənib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm çempionluq hədəfinə çatmasa da, baş məşqçi İlham Yadullayevi postunda saxlayan klub rəhbərliyi komandanın çempion olması üçün "kisənin ağzını açıb".
Belə ki, "hərbçilər"in qarşıdakı "futbol ili"ndə 1,5 milyon manat xərcləməsi nəzərdə tutulub.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Mübarizəni 57 xalla tamamlayan "Şəfa" sona 1 tur qalmış çempionluğu rəsmiləşdirərək elitaya yüksəlib.
Toğrul