
Yeni mövsümə və UEFA Konfrans Liqasına hazırlığını Sloveniyada davam etdirən "Neftçi" sözügedən ölkədə bu gün ilk yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu "ağ-qaralar" təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "ÇFR Kluj" komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Bassala Sambu fərqlənib.
Sloveniyanın Moravske Toplitse şəhərində məskunlaşan paytaxt təmsilçisi iyulun 14-dək davam edəcək hazırlıq müddətində daha 3 oyunda qüvvəsini sınayacaq. "Ağ-qaralar" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya) və 13-də "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında mübarizəyə ikinci mərhələdən qoşulacaq "Neftçi" "Dinamo" (Minsk, Belarus) - "Sileks" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq. Matçlar iyulun 23-də və 30-da keçiriləcək.