
Azərbaycanın tanınmış yarımmüdafiəçilərindən olan İlkin Muradovun yeni mövsümə yeni klubda başlayacağı dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsüm 1-ci Liqa komandası "Baku Sportinq"in uğurları üçün çalışan 30 yaşlı futbolçu Buzovna təmsilçisindən ayrılıb.
Tərəflər müddəti başa çatan müqaviləni yeniləməyiblər.
Xatırladaq ki, geridə qalan mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü pillədə başa vuran "Baku Sportinq" çalışdırıcısı Röyal Nəcəfov postundan ayrılıb. Komanda qarşıdakı "futbol ili"nə Samir Ələkbərovun rəhbərliyi altında hazırlaşacaq.
Nihat