
Müasir futbolda transferlər təkcə klub rəhbərliyinin istəyi ilə deyil, həm də düzgün seçilmiş agentlik və menecer əlaqələrinin sayəsində baş tutur. "Qarabağ"ın Macarıstanın "Zalaeqerseq" klubundan heyətinə qatdığı 24 yaşlı mərkəz müdafiəçisi Bense Varkonyinin keçidi məhz bu peşəkar zəncirin ən uğurlu nümunəsidir.
Fanat.Az xəbər verir ki, bu əməliyyatın arxasında Avropanın tanınmış menecerlik şirkətlərindən biri olan "EM Sports Consulting" dayanır.
Şirkətin rəhbəri və ulduz futbolçu Dominik Soboslainin də meneceri olan Matyaş Esterhazi bu sistemli keçiddə əsas vasitəçi rolunu oynayıb.
Futbolçu ilə digər iki xarici klub da intensiv şəkildə maraqlansa da, agentliyin "Qarabağ"ın Avropa layihəsinə inamı bu seçimi qətiləşdirib.
Kamil Xudiyev