Şəhriyar Əliyev harada qərar tutacaq? - AÇIQLAMA

Şəhriyar Əliyev harada qərar tutacaq? - AÇIQLAMA

Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan müdafiəçi Şəhriyar Əliyevin yeni mövsümə harada başlayacağı indilik dəqiqləşməyib.

Bu barədə Fanat.Az-a futbolçunun özü məlumat verib.

Özbəkistan çempionatına yollanmaq variantı olan arxa xətt oyunçusu belə danışıb: "Hazırda həm Özbəkistanda, həm də Azərbaycanda oynamağım mümkündür. Məsələ həllini tapmamış ad açıqlamağım düzgün olmaz, amma indiyədək legioner həyatı yaşamadığım üçün ölkə xaricinə yollanmaq istəyirəm. Məsələyə bu həftə aydınlıq gələcəyi gözlənilir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər