
"Quba"nın hücumçusu Vidadi Cəfərovun bölgə təmsilçisindən ayrıldığını təsdiqləyib.
Sözügedən çempionatın bombardirlər yarışını 24 qolla 2-ci pillədə tamamlayan forvard Fanat.Az-a açıqlama verib:
"Bəli, yeni mövsümə "Quba"da başlamayacağam. Amma harada oynayacağım hələ dəqiqləşməyib. Hazırda bir neçə variant var".
Xatırladaq ki, "Quba" 2-ci Liqadakı mübarizəni 51 xalla 3-cü pillədə başa vurub. Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in heyətində 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olmuşdu.
Nihat