
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Yassin Benzia Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Feyha" ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
31 yaşlı futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.
Xatırladaq ki, Benzia 2023-cü ilin yanvarından 2025-ci ilin yayınadək "Qarabağ"ın formasını geyinib. "Olimpik Lion"un yetirməsi "köhlənlər"in heyətində 2 dəfə Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.
Toğrul