
1-ci Liqada sona 1 tur qalmış çempionluğu rəsmiləşdirərək Premyer Liqaya yüksələn "Şəfa" ilə vidalaşan yarımmüdafiəçi Aqil Nəsibovun yeni klubu bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı futbolçu elitanı tərk edən "Karvan-Yevlax"la anlaşıb.
Yevlax təmsilçisinin yeni baş məşqçisi Ramiz Məmmədovun istəyi ilə heyətə qatılan orta xətt oyunçusu ilə 1 illik müqavilə imzalanıb.
Xatırladaq ki, elitada "Karvan-Yevlax"ın "sükanı arxası"nda olan Füzuli Məmmədov bu yay aran təmsilçisini "Şahdağ Qusar"a dəyişib.
Nihat