
Azərbaycanın tanınmış hücumçularından olan Ruslan Voronsovun yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Səbail"dən ayrılan 30 yaşlı forvard karyerasını 1-ci Liqada davam etdirəcək.
Sözügedən oyunçu ötən mövsüm Premyer Liqada sonuncu olaraq aşağı diviziona düşən "Karvan-Yevlax"a keçib.
Xatırladaq ki, Yevlax təmsilçisi yeni mövsümə əvvəlki iş yeri "Mingəçevir" olan Ramiz Məmmədovun rəhbərliyi altında hazırlaşır. Komandanın Məmmədova tapşırıldığı rəsmən açıqlanmasa da, sözügedən mütəxəssis artıq heyəti qurmaqla məşğuldur.
Nihat