
Ötən mövsüm 2-ci Liqada çempion olaraq 1-ci Liqaya vəsiqə qazanan "Xankəndi" heyətini gücləndirməyə çalışır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Qarabağ təmsilçisi "Mingəçevir"in hücumameyilli yarımmüdafiəçisi Taleh Fərmanovu gözaltı edib.
Talehin "Xankəndi"yə keçib-keçməyəcəyi isə "işıqçılar"ın vəziyyətindən asılı olacaq. Belə ki, 23 yaşlı oyunçunun aran klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub və "Migəçevir"in yeni baş məşqçisinin kim olacağı, hansı büdcə ilə mübarizə aparacağı bəlli deyil.
Toğrul