
Ötən mövsümü 1-ci Liqa təmsilçisi "Mingəçevir"də keçirən müdafiəçi Elçin Mustafayev yeni iş yeri müəyyənləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçu karyerasını 1-ci Liqada davam etdirəcək.
26 yaşlı futbolçu Premyer Liqada sonuncu yeri tutaraq elitadan düşən "Karvan-Yevlax"la anlaşıb. Tərəflərin yaxın vaxtlarda müqavilə bağlayacağı gözlənilir.
Yevlax komandasına hazırda ötən "futbol ili"ndə "Mingəçevir"i çalışdırmış Ramiz Məmmədov rəhbərlik edir. Klub Məmmədovun təyinatını rəsmən açıqlamayıb.
Toğrul