
Ötən mövsüm 2-ci Liqada 2-ci yeri tutan, pley-off oyununda 1-ci Liqadakı mübarizəni 9-cu pillədə başa vuran "Şimal"a 1:2 hesabı ilə uduzan "Qaradağ Lökbatan"ın hansı hədəf uğrunda mübarizə aparacağı indilik qeyri-müəyyəndir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, pley-offdakı görüşün ardından postundan getdiyini açıqlayan baş məşqçi Qəzənfər Abbasovun yerini hansı mütəxəssisin tutacağı da bilinmir.
Hərçənd yeni mövsümə hansı büdcə ilə klub rəhbərliyi bəzi namizədləri nəzərdən keçirir. Onlardan biri də bu yay "Baku Sportinq"dən ayrılan Röyal Nəcəfovdur. Sözügedən klubdan Nəcəfova təklif gəlsə də, qeyri-müəyyənlik davam etdiyindən məsələ açıq olaraq qalır.
Toğrul