
Azərbaycanın gümüş medalçısı "Qarabağ" heyətini gücləndirmək istiqamətində növbəti ciddi addımını atır.
Fanat.Az Serbiya mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisi müdafiə xəttini Serbiya nəhənginin oyunçusu ilə möhkəmləndirməyə çox yaxındır.
Belqradın "Partizan" klubu Nihad Muyakiçin "Qarabağ"a transferini rəsmiləşdirməyə hazırlaşır.
Tərəflər arasında danışıqların son mərhələdə olduğu və keçidin reallaşmağa çox yaxın olduğu bildirilir. Müqavilənin detallarının yaxın vaxtlarda tam rəsmi şəkildə açıqlanacağı gözlənilir.
Kamil Xudiyev