18:46 10.07.2026 129

Samir Əliyev: "Qarabağ səfərdə də böyük əziyyət çəkmədən qələbə qazanacaq"

Dünən UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə üz-üzə gələn "Qarabağ" 3:0 hesablı qələbə qazanaraq cavab qarşılaşması ərəfəsində böyük üstünlük qazandı. Azərbaycan millisinin sabiq hücumçusu Samir Əliyevlə əlaqə saxlayıb Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş barədə fikirlərini bölüşməsini xahiş etdik.

47 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Bu yay "Qarabağ"dan gedənlər ötən mövsüm tarix yazan komandanın bir parçası idilər. İstər Kamilo Duran olsun, İstər Kevin Medina, istər Leandro Andrade, istərsə də digərləri... Buna baxmayaraq, yenilənmə qaçılmazdır. Bunu dünyanın top klublarında da görürük. "Qarabağ" bu yay transferlərə Azərbaycanın klub futbolu tarixinin ən böyük büdcəsini ayırıb. Səkkiz səviyyəli oyunçu ilə gücləniblər.   

Dünənki oyunda yeni futbolçulardan üçü start "11-lik"də yer almışdı. Yalnız onlar yox, sonradan meydana çıxanlar da səviyyələrini ortaya qoydular. Üç qoldan ikisini yeni transferlər vurdu. Açığı, rəqibə nə qədər hörmət etsək də, "Vestri" ilə "Qarabağ"ı bir tərəziyə qoymaq düzgün deyil. Böyük hesablı qələbə gözləniləndi. Məncə, təmsilçimiz səfərdə də böyük əziyyət çəkmədən qələbə qazanacaq. 

Əlbəttə, yenilərə bir oyuna görə dəqiq qiymət vermək olmaz. Həm komandanın oyun tərzinə, həm gəldikləri ölkəyə uyğunlaşmaları üçün müəyyən vaxt lazımdır. Ümid edək ki, mümkün qədər tez uyğunlaşacaqlar. "Qarabağ"dan əvvəllər də önəmli futbolçular gedib və onların yerlərinə gələnlər daha yaxşı performans sərgiləyiblər. Yenilərin bu dəfə də uğurlu olacaqlarını gözləyirəm. Hər biri keyfiyyətli oyunçudur".

Nihat  

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2026
19:46

Komandası heç-heçəyə razılaşdı, Toral isə...

19:20

"Qarabağ" "Partizan"ın müdafiəçisini gətirir

18:46

Samir Əliyev: "Qarabağ səfərdə də böyük əziyyət çəkmədən qələbə qazanacaq"

18:12

Tarixin ən parlaq startına sözardı

17:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:50

Braziliyalı qapıçı "Araz-Naxçıvan"da - RƏSMİ

17:32

"Maliyyənin az olması çətinliklər yaradır, amma..." - "Şimal" gələn ay başlayacaq

17:15

"Qarabağ"dan "Seltik"ə uzanan yol

16:56

Böyük məbləğdə borc toplantıda müzakirə olundu, Hüseynzadə getdi

16:38

"Karvan-Yevlax" Ramiz Məmmədovun təyinatını açıqladı

16:19

"Sizə ürəkdən minnətdaram" - Elvin Cəfərquliyev

16:01

"Qaradağ Lökbatan"ın aqibəti necə olacaq? - SON DURUM

15:43

"11 nömrə" əsl tapıntıdır" - Arif Əsədov "Qarabağ"ın AL oyununu dəyərləndirdi

15:24

"Kəpəz" təcrübəli müdafiəçini istəyir

15:06

"Qarabağ"a transferi gözlənilirdi, o isə...

14:48

Zubirdən yubiley qolu

14:37

Queli "Şəfa" ilə müqavilə bağladı - RƏSMİ

14:30

İlqar Ələkbərovun yeni mövsümə hansı komandada başlayacağı bilindi

14:12

"Həqiqətən əllə oyun var idi" - Mərakeş millisinin baş məşqçisi

13:54

"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu

13:32

"Üç cavabsız qol mərhələnin taleyinin böyük ölçüdə, həll edilməsi deməkdir" - Vüqar Nadirov

13:14

İspaniya statistikada öndədir - Belçika sürpriz edə biləcək?

12:50

"Qarabağ" Kamilo Duranı "Seltik"ə satdı - RƏSMİ

12:37

Dünya Seriyası: Azərbaycan təmsilçisi İspaniya millisi ilə üz-üzə

12:14

"Karvan-Yevlax"ın qapıçısı özünə yeni klub tapdı

11:56

"Neftçi" 3-cü sınaq matçına çıxır

11:27

"Qalatasaray"da 25 milyonluq anlaşma

10:51

Bəxtiyar Soltanov bu komandada oynayan məşqçi olacaq

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

DÇ-2026: İspaniya Belçika ilə qarşılaşır

09:48

Premyer Liqada oynamış müdafiəçi "Marafon"a qoşuldu

09:25

Amil Yunanovun yeni klubu bilindi

09:00

"Qarabağ" qalib gəldi, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:21

Fransa - Mərakeş matçının ən yaxşı futbolçusu bilindi

02:00

DÇ-2026: İlk yarımfinalçının adına aydınlıq gəldi

01:19

"Real Madrid"dən gözlənilməz transfer

00:42

Sabiq "Qarabağ"lı karyerasını İtaliyada davam etdirəcək?

00:03

Ronaldu və ABŞ-ın gedişi mundialda qiymətləri darmadağın etdi

09 İyul 2026
23:15

"Atletiko Madrid"dən 40 milyonluq transfer

22:35

Qurban Qurbanov "Vestri" ilə matçdan sonra nə danışdı?

Facebookdan bizi izləməyi unutmayın.
X