
Bu yay "Şamaxı"dan ayrılan cinah müdafiəçisi Rafael Məhərrəmlinin yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı futbolçu "Kəpəz"lə anlaşıb.
"Aslanlar"ın sabiq kapitanı hazırda "sarı-göylər"in düşərgəsindədir. Tərəflərin yaxın günlərdə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.
Xatırladaq ki, "Kəpəz" yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşır. Geridə qalan "futbol ili"ndə Gəncə təmsilçisini elitada saxlayan Azər Bağırov isə "Şamaxı"nın baş məşqçi postunda Ayxan Abbasovu əvəzləyib.
Toğrul