
Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan müdafiəçi Şəhriyar Əliyevin yeni mövsümə harada başlayacağı hələ də dəqiqləşməyib.
Bu barədə Fanat.Az-a futbolçunun özü məlumat verib.
Özbəkistan çempionatına yollanmaq ehtimalı olan arxa xətt oyunçusu belə danışıb: "Hazırda həm Özbəkistanda, həm də Azərbaycanda oynamağım mümkündür. Bundan başqa, Oman variantı da yaranıb. Agentim həmin klubla da danışıq aparır. Məsələ həllini tapmamış ad açıqlamağım düzgün olmaz, amma indiyədək legioner həyatı yaşamadığım üçün ölkə xaricinə yollanmaq istəyirəm. Yəqin ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək".
Nihat