
Azərbaycanın gümüş medalçısı "Qarabağ" və Türkiyə təmsilçisi "Samsunspor" eyni futbolçuların transferi üçün hərəkətə keçib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, hər iki klubun əsas hədəfi hazırda İsrailin "Makkabi Tel-Əviv" klubunda çıxış edən Kabo-Verde millisinin 24 yaşlı sol vingeri Helio Vareladır.
Keçən mövsüm meydana çıxdığı 42 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan istedadlı oyunçu Serbiya nəhəngi "Srvena Zvezda"nın da radarına düşüb. Varela həmçinin Kabo-Verde millisinin heyətində dünya çempionatında Uruqvaya qarşı keçirilən tarixi oyunda (2:2) bərabərlik qolunun müəllifi olub.
"Qarabağ" və "Samsunspor"un transfer rəqabəti təkcə Varela ilə məhdudlaşmır. Hər iki komandanın Kabo-Verde millisinin digər hücumçusu Jilson Benşimolu da yaxından izlədiyi və heyətinə qatmaq istədiyi bildirilir.
Kamil Xudiyev