
Bu gün 18:00-da “Palms Sports Arena”da azarkeşlər və media nümayəndələri üçün açıq məşq keçirilib.
Təxminən 400 azarkeşin iştirak etdiyi toplanışda komandanın baş məşqçisi Yuri Vernidub media önünə çıxıb.
Ukraynalı mütəxəssis “ağ-qaralar”ın qarşıdakı mövsüm hədəflərindən danışıb.
Fanat.Az təcrübəli çalışdırıcının açıqlamasını təqdim edir:
“Sloveniyada toplanış yaxşı keçdi. İstədiyimiz səviyyədə yoxlama oyunları keçirdik. Rəqiblərimiz heç də pis komandalar deyildi. Daha çox qalib gəlmək istəyərdik. Amma toplanışın məqsədi yükləmələrdir. Bütün oyunçulara eyni səviyyədə yükləmələr verildi. Hər birinə şans verməyə çalışdıq. Toplanışdan məmnun qaldım. Ən önəmlisi odur ki, toplanışı zədəsiz başa vurduq. Hər şey istədiyimiz kimi davam edir. Dörd yeni oyunçumuz var. Komandanı gücləndirmək yönündə işlər davam edir. İstədiyimiz transferlə üçün işlər davam gedir. Bu yöndə səhvə yol vermək istəmirik. Komanda daha da güclənəcək. Söz vermək bir şeydir, ona əməl etmək başqa. Əminliklə deyə bilərəm, hamımız çalışırıq ki, birlikdə Konfrans Liqasının liqa mərhələsinə gedək. Bu heç də asan olmayacaq. Bu oyunlardan, həm də püşkatmada düşəcək rəqibdən aslıdır. Qarşıda bizi "Dinamo" ilə oyun gözləyir. Öncə onları keçməliyik. Sonra digər rəqib haqda düşünə bilərik. “Dinamo” güclü komandadır, hazırda da turnir cədvəlində liderdir. Onlarda hazırda çempionat davam edir. Düşünmürəm ki, asan olacaq. Amma buna hazırıq. Hücumun sağ cinah xəttinə futbolçu axtarırıq. Hər şey yaxşı olsa, "8 nömrə" mövqeyinə oyunçu baxırıq.
Bizdə akademiyadan əsas komandaya cəlb olunan oyunçular var. Onların üzərində işləyəcəyik. Yerli bazardan Rüfət Abbasovu heyətə cəlb etmişik. Freddi Varqas? Bir az səbr edək. İş gedir. Nə vaxt ki hər şey konkretləşəcək, rəsmi məlumat veriləcək”.
Əlisahib İbrahimli