
Ötən mövsüm Misli Premyer Liqasındakı mübarizəni 4-cü pillədə başa vuran “Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Dinamo Minsk”lə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, bu gün saat 18:00 da “Palms Sports Arena”da “Neftçi”nin jurnalistlər və azarkeşlər üçün açıq məşq keçirilib.
Fiziki və taktiki hazırlıq nümayiş etdirilən zaman təxminən 400-500 azarkeş iştirak edib. Onlar futbolçuların və baş məşqçinin adını çəkərək dəstəklərini göstəriblər. Məşqin sonunda protexniki vasitədən istifadə edilib.
Açıq məşq media nümayəndələrinin çoxluğu ilə də diqqət çəkib. Qapıçılar da ayrıca məşq edib. İlk 15 dəqiqəsi açıq olan çalışmalarda taktiki hazırlıq olunub.
Qeyd edək ki, klubun rəsmi mağazasının qapıları saat 16:00-dan açılıb.
Əlisahib İbrahimli