
1-ci Liqa təmsilçisi MOİK hazırlığa başlayıb.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda baş məşqçi İlham Yadullayevin rəhbərliyi altında Cüdo Federasiyasının təlim-məşq bazasında bir araya gəlib.

"Hərbçilər" gün ərzində bir çalışma ilə kifayətlənəcək. Avqustun 1-də ilk hazırlıq matçına çıxmağı planlaşdıran nazirlik komandası avqustun 3-dən təlim-məşq toplanışına start verəcək. Ümumilikdə isə hazırlıq prosesində MOİK 5 sınaq oyunu keçirməyi planlaşdırır.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub.
Nihat