
Serbiyalı vinger Luka Bulatoviç karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 27 yaşlı futbolçu hazırda "Şamaxı" ilə danışıq aparır.
Son klubu bu yay Şimali Makedoniya "Pelister"i olan Lukanın "aslanlar"a qoşulub-qoşulmayacağı hələ dəqiqləşməsə də, keçidin reallaşmaq ehtimalı yetərincə yüksəkdir. Məsələyə yaxın günlərdə aydınlıq gələcək.
Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırovun rəhbərliyi altında hazırlaşır.
Toğrul