
"Qarabağ"ın yarımmüdafiəçisi Xoni Montiel komandadan ayrıla bilər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, adı UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Sofiya ÇSKA-sı ilə oyunların iştırak ərizəsinə salınmayan ispan yarımmüdafiəçi baş məşqçi Qurban Qurbanovun qəzəbinə tuş gəlib.
Belə ki, ötən ay başqa klublardan təklif alan orta xətt oyunçusunun məşqlərdə canfəşanlıq etməməsi onun Qurbanovun gözündən düşməsi ilə nəticələnib. Hər hansı zədəsi olmayan legionerin 1-ci təsnifat mərhələsində "Vestri"yə qarşı matçlarda da gözə dəyməməsinin səbəbi bundan qaynaqlanır. Montiellə maraqlanan klublara gəlincə, bunlar İspaniya Sequndasında mübarizə aparan "Albasete" və Polşa "Lex"idir.
Toğrul