
Bu gün "Şamaxı" yeni mövsümə hazırlıq çərçivəsində ikinci sınaq oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, bölgə təmsilçisi Qətərin 2-ci liqa komandası "Əl-Xaritiyat" ilə üz-üzə gələcək.
Qəbələdə keçiriləcək görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Azər Bağırovun rəhbərlik etdiyi "Şamaxı" ilk yoxlama matçında "Kəpəz"lə qolsuz bərabərliyə razılaşıb.
Toğrul