
Hələ baş məşqçisi və hazırlıq planı dəqiqləşməyən, hansı büdcə ilə mübarizə aparacağı bilinməyən "Mingəçevir"in sonuncu futbolçusu da gedib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Taleh Fərmanov 1-ci Liqanın debütantı "Xankəndi"yə keçib.
Qarabağ təmsilçisinin 23 yaşlı futbolçunun keçidini yaxın vaxtlarda açıqlayacağı gözlənilir.
Xatırladaq ki, ötən mövsüm Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqadakı mübarizəni 2-ci yerdə başa vuran "Mingəçevir" elitaya vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Bu yay "işıqçılar"la vidalaşan Məmmədov artıq "Karvan-Yevlax"ın "sükanı arxası"na keçib.
Nihat