
Ötən mövsüm 2-ci Liqa təmsilçisi "Quba"nın heyətində 24 qol vuran hücumçu Vidadi Cəfərov karyerasını çempionluq uğrunda mübarizə aparan 1-ci Liqa komandasında davam etdirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mərkəz forvardı MOİK-ə keçib.
25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in sıralarında 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olub.
Xatırladaq ki, MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Sözügedən bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək postunda saxlamağı uyğun sayıb.
Nihat