
"İkinci Liqa klublarından və ciddi hədəfi olmayan Birinci Liqa təmsilçilərindən təkliflər alsam da, gözləməyi üstün tutdum".
Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisi MOİK-ə keçən hücumçu Vidadi Cəfərov deyib.
Geridə qalan "futbol ili"ndə 2-ci Liqa klubu "Quba"nın forması ilə 24 qola imza atan mərkəz forvardı Premyer Liqaya kökləndiyini bildirib: "Açığı, İkinci Liqada lazım olandan çox vaxt keçirdiyimin fərqindəyəm. Artıq MOİK-dəyəm və bu komandaya qoşulduğum üçün sevincliyəm. Məqsədim MOİK-lə Premyer Liqaya yüksəlməkdir. Öz üzərimdə daha çox işləməli, komandama fayda verməliyəm. Mən hücumçuyam və əsas işim mümkün qədər çox qol vurmaqdır".
Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in sıralarında 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olub.
MOİK son mövsümü 33 xalla 6-cı pillədə başa vurub. Sözügedən bu yay müqaviləsinin müddəti bitən baş məşqçi İlham Yadullayevlə vidalaşacağı gözlənilsə də, rəhbərlik sözügedən mütəxəssislə anlaşma yeniləyərək postunda saxlamağı uyğun sayıb.
Nihat