
Misli Premyer Liqasının "Şəfa" ilə yollarını ayıran yarımmüdafiəçi Pərviz Azadovun yeni iş yeri müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən oyunçu karyerasını 1-ci Liqada davam etdirəcək.
Belə ki, 25 yaşlı futbolçu artıq "Səbail" ilə razılığa gəlib. "Dənizçilər"in transferi yaxın vaxtlarda açıqlayacağı gözlənilir.
Qarşısına çempionluq hədəfi qoyan "Səbail" yeni mövsümə Elnur Abdullayevin rəhbərliyi altında hazırlaşır.
Qeyd edək ki, "Şəfa" bu yay Seymur Rəhimov, Elvin İsmayılov, İbrahim Əliyev, Hüseyn Mürsəlov, Aqil Nəsibov, Amir Ebrahimzade, Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Novruz Məmmədov, Aqşin Paşayev, Urfan İsmayılov, Vüqar Həsənov və Ruslan Hacıyevlə də vidalaşıb.
Toğrul