
"Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanın ÇSKA (Sofiya) komandası ilə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib:
"Hər iki komanda üçün çox vacib oyundur. Cavab matçında hər iki tərəf də qalib gəlmək istəyir. Rəqib komanda çox iddialı və həvəslidir. Bu bir daha bizi məsuliyyətli olmağa vadar edir. Hər iki komandanı eyni səviyyədə adlandırardım. Hər iki tərəfin də qələbə qazanmaq ehtimalı var. Düşünürəm ki, azarkeşlər baxımlı görüşə şahidlik edəcəklər. Biz isə ən yaxşı oyunlarımızdan birini nümayiş etdirmək istəyirik".
O, qalib gəlmək üçün Bakıdakı ilk matçdan daha yaxşı çıxış etməli olduqlarını söyləyib:
"Xüsusi dəyişiklik edəcəyimizi deyə bilmərəm. Amma mərhələni adlamaq istəyiriksə, mütləq Bakıdakından daha yaxşı oynamalıyıq. Rəqib daim oyun planında rotasiyalar edə bilən komandadır".