16:48 30.07.2026 148

"Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma..." - Aslan Kərimov

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah" "KuPS"u (1:0, 2:0) üstələyərək növbəti mərhələyə adlayıb. "Bayquşlar" 3-cü təsnifat mərhələsində Danimarka təmsilçisi "Orxus" ilə üz-üzə gələcək. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb "Sabah"ın Danimarka komandası ilə mübarizəsindən nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah"ın gücünü bilirik. Düzdür, hələ formalarının zirvəsinə çatmayıblar. "KuPS"a qarşı ikinci matçdan sonra Azərbaycan çempionunun qol epizodlarını qaçırması bizi narahat etdi. Hücum və ümumi oyun planında yaxşı olsa da, qolları reallaşdırmaq baxımından mövsümün əvvəli olduğundan müəyyən çətinliklər yaşayırlar. 

"Orxus" "Lex"i penalti seriyasında üstələdi. Bu, Danimarka komandasının yüksək hücum potensialı olduğunu göstərir. O cümlədən "Orxus"un polşalılarla birinci görüşdə 4 qol buraxması da müdafiədəki boşluqların nəticəsidir. Rəqib çox qol buraxmasına baxmayaraq, vurmağı da bacarır. Bu cür komandalar təhlükəli olur. Geridönüş etməsi psixoloji cəhətdən hazırlıqlı olmaları anlamındadır. Ümumilikdə Danimarka futbolundan danışsaq, "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəlsə də, ikinci hissədə rəqib çox güclü oyun nümayiş etdirmişdi. Danimarka birinciliyi yüksək səviyyəli çempionatdır. "Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma "Lex"dən 4 qol buraxıblarsa, Azərbaycan təmsilçisinin də fərqlənmək imkanları olacaq. Yəni "Lex" 4 qol vurubsa, "Sabah" da bacarar". 

Qeyd edək ki, tərəflər arasında ilk görüş avqustun 5-də Danimarkada baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də gerçəkləşəcək.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

30 İyul 2026
17:25

Azərbaycan yığması Qazaxıstanı məğlub etdi

17:07

"Neftçi" səfərdə 2 top vura bilər, ancaq..." - Şahin Diniyev

16:48

"Orxus" "Sabah"a ciddi çətinlik yarada bilər, amma..." - Aslan Kərimov

16:30

Bu mükafatı Messidən almaq istəyirlər

16:11

"İlk qolu vuran tərəf üstünlük qazanacaq"

15:52

"Tanıdığımız "Qarabağ" üçün ev-səfər amili ciddi önəm daşımır" - Şahin Diniyev

15:34

"Sabah" - "Orxus" matçı portuqaliyalılara tapşırıldı

15:16

Boneyr millisinin hücumçusu "Sumqayıt"da

14:57

İtaliya klubunun futbolçusu itkin düşdü

14:29

Avropalılar FİFA prezidentini dəyişir - Yerinə namizəd də bəllidir

13:48

"Qarabağ"ı Sofiyada neçə azarkeş dəstəkləyəcək? - AÇIQLANDI

13:30

Azər Məmmədov: "Hücum xəttində seçim imkanlarımızı genişləndirmək istəyirik"

13:12

İtaliya nəhəngi 18 yaşlı müdafiəçini heyətinə cəlb etdi

12:54

Məşhur klub 1000 sponsorla anlaşdı - Qeyri-adi kampaniya

12:35

Tofiq Musayev növbəti döyüşünə çıxacaq

12:16

Eddi Hou "Nyukasl"dan ayrılmağa qərar verdi

11:57

PSJ "Monako"nun gənc yarımmüdafiəçisini istəyir

11:38

"Kəpəz" yeni oyunçu ilə gücləndi - RƏSMİ

11:20

Jül Kunde İngiltərə Premyer Liqasına gedir?

11:02

Dəhşətli qəzada 2 futbolçu dünyasını dəyişdi - Bakıda faciəvi hadisənin VİDEOsu

10:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:33

Dünya çempionatı: Daha 5 qadın güləşçimiz mübarizəyə qoşulur

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

"Neftçi" "Dinamo Minsk" səddini keçə biləcək?

09:25

"Zirə" Estoniya təmsilçisi ilə cavab oyununa çıxır

09:00

"Qarabağ" Sofiyada sınaq qarşısında

01:44

KL: "Kopenhagen" və "Luqano" növbəti mərhələdə

01:27

ÇL: "Sabah"ın rəqibi müəyyənləşdi

29 İyul 2026
23:58

Yuri Vernidub: “Nəyə qadir olduğumuzu göstərmək istəyirik”

23:32

Savinyo "Mançester Siti"dən ayrılmaq istəyir

22:43

Maluda "Sabah"dan getdi

22:08

Dünya çempionatı boykot edilə bilər

21:45

"Mərhələni adlamaq istəyiriksə..." - Qurban Qurbanov

21:13

"Liverpul"un hədəfindəki "Bornmut"lu ulduz

20:40

"Real Madrid"in yarımmüdafiəçisi İngiltərə yolunda

20:17

Bundesliqaya 1 milyard avroluq nəhəng investisiya

19:46

Ronaldu Səudiyyə Ərəbıstanında nə qədər qazanıb?

19:12

Cordan Henderson "Çelsi"yə keçir?

18:51

"Trabzonspor" "Qalatasaray"dan 3 milyon avro tələb edir

18:05

Noyer karyerasını nə vaxt bitirəcəyini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X