
"Sumqayıt" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az-ın "kimyaçılar"ın mətbuat xidmətinə istinadən məlumatına görə, braziliyalı hücumçu Jeam Oliveyra ilə 1+1 illik müqavilə imzalanıb.
31 yaşlı futbolçunun son klubu Braziliyanın "Kaşias" komandası olub. O, ölkəsinin "Fortaleza" klubunun yetirməsidir.
Xatırladaq ki, bu yay serbiyalı mütəxəssis Saşa İliçlə vidalaşan "Sumqayıt" rəhbərliyi komandanı portuqaliyalı Filipe Kandiduya tapşırıb.