
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Neftçi" yoxlama oyunu keçirəcək.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, "ağ-qaralar" avqustun 8-də 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"la üz-üzə gələcək.
Qarşılaşma "Palms Sports" Futbol Mərkəzi"nin meydanında baş tutacaq. Görüşün 17:30-da başlaması planlaşdırılıb.
Xatırladaq ki, Qusar təmsilçisi yeni mövsümə Füzuli Məmmədovun rəhbərliyi altında hazırlaşır. Bölgə klubu çempion olaraq Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyir.
Nihat