
“Sabahın ulduzları” Baku Kubokunun U-14 yaş qrupunda II tura start verilib.
Fanat.Az xəbər verir ki, "Sabah" bu turda "Neftçi" ilə üz-üzə gəlib.
Gərgin keçən qarşılaşma "bayquşlar"ın 2:1 hesablı qələbəsilə yekunlaşıb. "Sabah"ın heyətində Rəsul Məmmədzadə və Rəsul Əliyev fərqlənib. "Neftçi"nin yeganə qolunun müəllifi isə Aqil Şabanov olub.
Sözügedən matçdan fotoları təqdim edirik: